Murat Yıldırım ata olacaq
Tarix: 17-11-2017, 10:27


Hər fürsətdə ata olmaq istədiyini dilə gətirən məşhur türkiyəli müğənni Murat Yıldırım ötən gün xəstəxanalardan birində görüntülənib.
 
Həyat yoldaşı İmane Elbani və baldızı ilə obyektivlərə tuş gələn ifaçı xanımının hamilə olduğu barədə yayılan xəbərlərə aydınlıq gətirib:
“Xeyr, hamilə deyil. Həyat yoldaşımın bacısı qrip olub. Ona görə xəstəxanaya gəlmişik.  Hamilə xəbərləri doğru deyil. İnşallah o da olar”.
Prime-Time

Paylaş: