“Survivor”dan qayıtdı, ərini boşadı
Tarix: 16-11-2017, 17:16


Türk milli komandasının üzvü, “Survivor” yarışmasının iştirakçısı Sema Aydemir həyat yoldaşını boşayıb.

Belə ki, yarışmadan geri dönən S.Aydemir həyat yoldaşının qumardan əl çəkməyəcəyini bildiyi üçün ondan ayrılıb.
Məhkəmə zamanı oğlunun qəyyumluğunu alan qadın idmançı, keçmiş həyat yoldaşından hər ay 1000 lirə aliment alır.
Boşanma zamanı hakimə ifadə verən Sema Aydemir bunları deyib:
“Həyat yoldaşım da mənim kimi idmançıdır. Hamilə olduğum zaman o, qumara qurşandı. Özünə aid olan 4, mənimlə ailə həyatı qurduqdan sonra aldığımız 1 evi qumarda uduzdu. İkimizin də olimpiya oyunlarından qazandığımız mükafatlar onun zərərli vərdişinə xərcləndi. Hətta bank kartlarımı belə internetdə qumar oyunlarında istifadə edirdi”.
Qeyd edək ki, S.Aydemir gələn il start götürəcək “Survivor 2018” yarışmasında da iştirak edəcək.
Prime-Time

Paylaş: