Hacı Nuranın anası da xərçəngdən dünyasını dəyişib
Tarix: 16-11-2017, 09:54


Neçə illərdir xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış aparıcı Hacı Nuran statusu ilə diqqət çəkib.
O, 15 noyabr tarixini heç sevmədiyini deyib və bunun səbəbini izləyiciləri ilə bölüşüb. Hacı Nuran sözügedən tarixdə anasının uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirib:
“Anam dünyadan köçəndə mən lap tək qaldım. Hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra da fikirdən, stessdən özüm xəstəlik tapdım. Allaha şükürlər olsun, müalicə olunuram. Amma anamı nə qədər müalicə etsək də xilas olmadı. Ana haqqında nə yazılsa azdır. Kaş ki, tarixi geri çəkmək gücüm olardı. Rahat yat, sevimli anam. Səndən bir də olmayacaq. Allah rəhmət eləsin”.





Prime-Time

Paylaş: