Afaq sponsorundan danışdı: "Xərclərimi o ödəyir"
Tarix: 15-11-2017, 17:41


Müğənni Afaq Aslan müğənnilik sənətində ona dəstək olan şəxsdən danışıb. UlduzumSan.Az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, ona yalnız sevgilisi dəstək olur: “Ailəm və sevgilim daim mənə dəstəkdir. Ümumiyyətlə, mən heç bir zaman maddi cəhətdən korluq çəkməmişəm. Sevgilim biznesmen, iş adamıdır. Bütün xərclərimi o qarşılayır. Yəqin ki, mən başqalarının zövqündə deyiləm. (gülür ) Ona görə də sevgilim iş adamıdır”.
 
Açıq-seçim geyimlərindən danışan ifaçı bildirib ki, stilistlərlə çalışmır: “Bütün geyimlərimin, layihələrimin ideya müəllifi özüməm. Özümə nəyi yaraşdırıramsa, özümü hansı obrazda görürəmsə, onu da geyinirəm. Yəni kimdənsə məsləhət edib nəsə geyinmirəm. Bunu da edəndən sonra görürəm ki, həftələrlə, aylarla gündəmi zəbt edirəm”.
 
A.Aslan onu da əlavə edib ki, Türkiyə şou-biznesinə qatılmaq təklifi gəlib: “Türkiyə şou-biznesinə qatılmaq fikrim yox idi. Mən sadəcə onlara maraqlı gəlmişəm. Oradan bir neçə təklif almışam. Bu yaxınlarda İstanbula yola düşəcəm, o zaman həmin təkliflərdən bir neçəsini dəyərləndirəcəm. Sadəcə orada şərtlər çox qəlizdir. Əgər mən orada müqavilə bağladımsa, Azərbaycanda telekanallara çıxa bilmərəm”. 



Paylaş: