Xəyyam Nisanov: "Azərbaycanda kasıb müğənni yoxdur"
Tarix: 15-11-2017, 09:51


Müğənni Xəyyam Nisanov yerli şou-biznesdə aləmi bir-birinə qatacaq açıqlama verib.
Cebhe.info-nun məlumatına əsasən, bahalı avtomobili ilə sosial şəbəkələrdə göz çıxaran ifaçı varlı olub, özünü kasıb kimi qələmə verənləri həmkarlarından söz açıb.
X.Nisanov "Azərbaycanda kasıb müğənni yoxdur. Sadəcə olaraq, varlı olduqlarını gizlədirlər. Müğənni var ki, soruşanda necəsən? Deyir ki, çox pis, iş yoxdur. "İnstagram"da görürük, hamı işdə-gücdədir. Amma soruşanda ağlamağa başlayırlar... Bizdə varlı müğənnilərin həddən artıq sayı çoxdur. Bahalı maşınlar sürürlər. Evlərinə gedəndə, görürsən ki, bahalı binada yaşayırlar. Sağlıqlarına qismət. Arzu edirəm ki, məndəkindən də 10 qat çox olsun. Amma gecə-gündüz toylarda oxuyub, sonra da pulsuzluqdan şikayətlənmək lazım deyil", - deyə söyləyib.

Paylaş: