Rafetlə sevgili olduğu deyilən Pərvin Türkiyədə canlı yayıma qoşulub hər şeyi danışdı
Tarix: 14-11-2017, 16:41


Aktrisa Pərvin Abıyeva türkiyəli müğənni Rafet El Romanla sevgili olması ilə bağlı yayılan xəbərlərlə bağlı danışıb.
UlduzumSan.Az xəbər verir ki,  Türkiyə televiziyalarından birində yayımlanan “Canlı masa” verilişinə zəng edərək açıqlama verib.
“May ayından bəri Rafetlə görüşürük. Lakin bu sadəcə klip çəkilişləri ilə bağlıdır. Müğənni ilə iki gün əvvəl görüşmüşəm, artıq Azərbaycandayam”, - deyə Pərvin Abıyeva deyib.
Aktrisa onu da deyib ki, Rafet El Romanla klip çəkilişləri hələlik təxirə salınıb.
“Lakin El Romanla seriala çəkilmək üçün planım var. Bu barədə onunla da danışmışam”, - deyə Pərvin Abıyeva deyib.//Baku.ws

Paylaş: