"Faytonçu" Nazim həkimlərlə "savaşdan" yoruldu?
Tarix: 14-11-2017, 09:23


Xəbər verdiyimiz kimi, 10 noyabr 2017-ci il tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində “Faytonçu” ləqəbli Nazim Pişyari ilə şikayətçi olduğu həkimi Elman Əzimov və “ElMed” klinikasının növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesində Binəqədi rayon Məhkəməsinin hakimi Almaz Süleymanova Nazim Pişyarinin Elman Əzimov və “ElMed” klinikasına qarşı vermiş olduğu iddia üzrə 4 oktyabr 2017-ci il tarixli qərar qəbul edib və buna əsasən qarşı tərəflərin, Elman Əzimovun vəkili Elvin Səlimov və “ElMed” klinikasının vəkili Ramiz İbrahimov tərəfindən qərardan apellyasiya şikayəti verilib. Baş tutan məhkəmə prosesində 4 oktyabr 2017-ci il tarixli, mübahisəli qərar ləğv edilib, apellyasiya şikayətləri təmin edilib, mülklər üzərindən həbs götürülüb. 
Maraqlıdır, qarşı tərəf bununla bağlı hansı addım atmağı düşünür?
Müğənni Nazimin vəkili Gülşən Salmanova Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O bildirib ki, bununla bağlı hələlik Nazim Pişyari ilə konkret qərara gəlməyiblər: 
“Bu qərara görə, Ali Məhkməyə şikayət verilib verilməməsi ilə bağlı konkret qərara gəlməmişik. Ali Məhkəməyə şikayət edə də bilərik”. 
Qeyd edək ki, “Faytonçu” ləqəbli müğənni Nazim Pişyari bu ilin mayında öd kisəsində yaranan problemlə əlaqədar “ElMed” klinikasında əməliyyat olunub. O, bu əməliyyatı uğursuz hesab etdiyi üçün dəymiş zərərin ödənilməsi məqsədilə məhkəməyə şikayət etmişdi. 

Paylaş: