"Nigar o sözü təhqir etmək üçün deməyib" — Yol Polisindən rəsmi AÇIQLAMA
Tarix: 19-06-2017, 12:54


Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın yol polisi haqqında işlətdiyi ifadələrə münasibət bildirib.


K.Əliyev "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində N.Camalın polisi təhqir etmək fikrinin olmadığını söyləyib:
"Nigar Camal polis haqqında müəyyən kobud ifadələr işlədib. Sözsüz ki, o rusdilli xanımdır, bir az da ingilis dili təhsili var. Özü də etiraf edir ki, o sözü təhqir etmək məqsədi ilə deməyib. Həmin söz Nigar xanımın tərcüməni düzgün etməməsi səbəbindən yazılıb". 

Qeyd edək ki, N.Camal sosial şəbəkədə yazdığı statusda "DYP - axır zamanlar çox qudurublar" ifadəsini yazmışdı.


Paylaş: