Müğənnimizin avtomobilini soyublar
Tarix: 13-11-2017, 09:27


Müğənni Aysel Əlizadənin avtomobilini soyublar. 
UlduzumSan.Az-ın məlumatına görə, sənətçi bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. O bildirib ki, "Porsche" markalı maşınından güzgüləri götürüblər: "Güzgüləri çıxardıblar. Sağ-sol güzgü olmadığı üçün maşını sürmürəm. Heç vaxt maşına dəyərli nə isə qoymuram. Bunu nəzərə alsınlar. Ona görə də maşından nəsə götürməyiblər. Güzgünün özü də böyük ziyandır. Qadam-balam bununla getsin. İşi boş buraxmadım. Maşın olan yerdə kamera var. Hər şey tapılacaq. Götürüb, canı sağ olsun. Amma qanun qarşısında cavab verəcək".

Paylaş: