Şəbnəm illər sonra hansı sirrinin üstünü açıb-tökdü?
Tarix: 11-11-2017, 12:04


Müğənnilər Şəbnəm Tovuzlu ilə Vüsal Əliyev yenidən bir araya gəlib.

UlduzumSan.Az bildirir ki, bu barədə açıqlama verən Şəbnəm, Vüsal ilə iş birliyinə imza atdıqlarını bildirib: "İllərimin dostu və şou-biznesdə tanınmama səbəb olan Vüsal Əliyevlə yenidən bir araya gəldik. "Sən hardasan" mahnısını duet şəklində ifa etdik. Sag olsun Vüsal. Yenidən onunla duet oxumaq üçün təklif etdi və mən də böyük məmnuniyyətlə qəbul etdim. İnanıram ki, bu duetimiz də tamaşaçıların zövqünü oxşayacaq. Ən çox dinlənilən mahnıların sırasında olacaq".
Qeyd edək ki, Şəbnəm Tovuzlu ilə Vüsal Əliyev illər öncə "Sevənlər ölməz deyərlər" mahnısını duet oxuyub.






Paylaş: