Tahir Əkbər səhhəti ilə bağlı son xəbər
Tarix: 11-11-2017, 11:30


Tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti yaxşılığa doğru gedir.
Kult.az xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Həşimova məlumat yayıb.
Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Paylaş: