Fahriye Burakla Bakıya gəlir
Tarix: 10-11-2017, 11:37


Xəbər verdiyimiz kimi, 30 noyabr saat 19:00-da “Park Cinema”  Flame Towers kinoteatrında “Kardeşim Benim 2” filminin qala gecəsi baş tutacaq.
Qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçivit və xanımı Fahriye Özçivit iştirak edəcək.
Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin «Park Cinema» Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq.
Gecənin qonaqlarını seans öncəsi “cocktail-party” və aktyorlar Burak və Fahriye Özçivitlə birgə film izləmək imkanı gözləyir.
Xatırladaq ki, sözügedən film 2016-cı ilin ən çox izlənilən filmləri siyahısında yer almış “Kardeşim Benim” filminin davamıdır.
Filmin ikinci hissəsində də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onlar yenə bir araya gəlir.
Prime-Time





Paylaş: