“Bozbash pictures"i sevənlərə xoş xəbər
Tarix: 10-11-2017, 10:54


Uzun müddətdir yayımı dayandırılan “Bozbash pictures” yenidən efirə qayıdır. 
UlduzumSan.Az-ın məlumatına görə, bu haqda aktyor İlkin Həsəni "İnstagram" səhifəsində xəbər verib. O, foto paylaşaraq, “Şəmi müəllim qayıdır. Bu dəfə o yeni imici və cangüdənləri ilə daha amansız olacaq” sözlərini yazıb.
Teletamaşanın yeni buraxılışı noyabrın 16-dan etibarən yayımlanacaq.
Qeyd edək ki, “Bozbash pictures”də İlkin Misgərli, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov yer alırlar.




Paylaş: