Keçmiş sevgilisi evlənməyə hazırlaşan Özcan Dənizdən QİSAS ALDI
Tarix: 10-11-2017, 09:49


Özcan Dənizin keçmiş sevgilisi Buse Narcı məşhurdan onu tərk etdiyi üçün qisasını alıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni və aktyorun keçmiş sevgilisi Buse Narcı birlikdə olduqları vaxt boynuna Özcanın adını döymə etdirmişdi. Lakin kino ulduzundan ayrıldıqdan sonra model atasının da asının Özcan olduğunu və döyməsini ona həsr etdiyini söyləmişdi.
Bu yaxınlarda isə məlum olub ki, məşhur müğənni və aktyorun başqası ilə evlənməyə hazırlaşdığını eşidən Buse Özcan döyməsini qanad formasına saldırıb. B.Narcı döyməsini sildirməsini belə izah edib:
"Serialda, ya da reklam çəkilişlərində görünməsi düzgün deyildi. Odur ki, sildirib qanad etdirdim. Onsuz da atamın adıdır. Amma dediyim kimi, işimdən dolayı dəyişdirdim. Yoxsa əsla sildirməzdim".

Paylaş: