"Fərqi yoxdur ölkəmizdən kim qatılır, əsas odur layiqli təmsil etsin"
Tarix: 19-06-2017, 10:16



Xalq artisti Aygün Kazımovanın "Xəzər maqazin"də aylar öncə dediyi sözlərə əməkdar artist Röya Ayxan cavab verib.
Ulduzumsan.Az xəbər verir ki, illərdir sənətçilərin buz bağlayan münasibətinin isinməsinə isə Aygünün "DAF Bama" ilə bağlı açıqlaması səbəb olub:
"Fərqi yoxdur ölkəmizdən kim qatılır, əsas odur layiqli təmsil etsin. Bu il hansı həmkarımız qalib olsa, mən ancaq səs verib, onu alqışlayaram. Mən siyahıda Röya Ayxan və Miri Yusifi gördüm, hər ikisinin şəklini "like" etdim".
 Röya Ayxan isə öz növbəsində A.Kazımovaya təşəkkür edərək bunları deyib:
 "Çox böyük hörmətim var. Təşəkkür edirəm. Barmaqları sağ olun!"
 Qeyd edək ki, Röya Ayxan sözügedən yarışmada iştirak etməkdən imtina edib.

Paylaş: