Sevinc Tofiqqızı Mübariz İbrahimovun məzarını ziyarət edib
Tarix: 9-11-2017, 12:51



Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
UlduzumSan.Az xəbər verir ki, Bayraq günü münasibəti ilə əlaqədər Suraxanı rayonu 104 saylı tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə şeyirlər və hərbi videolar təqdim edildi. Tədbirdə sözləri Nazir Hetemov, musiqi tanınmış bəstəkar Sevinc Tofiqqızının "Şəhid ruhunun səsi" adlı kompozisiya video roliki təqdim olundu. Tədbirdə Azərbaycan bəstəkarı Sevinc Tofiqqızı, vətən oğlu Nazir Hetemov, Vəfa Bağırova, Qarabağ qaziləri Mahir Rzayev, Ülfət Həsənov, Natiq Mehdiyev iştirak etdilər. Tədbirinin sonunda vətən uğurunda canından keçən adlarını şəhidlik zirfəsinə uçaldan şəhidlərimiz İbrahimov Mübariz və Əhmədov Fərid anım günü münasibəti ilə əlaqədər məzarlarını ziyarət edib, gül dəstələri qoydular. 








Paylaş: