Sıla sevgilisini bağışlamadı
Tarix: 8-11-2017, 10:10


Sıla sevgilisi Ahmet Kuralın xəyanət etməsi barədə yayılan xəbərlərdən sonra ilk dəfə görüntülənib. “Qafqazinfo” xəbər verir ki, müğənni ötən gün “TİM Show Center”də konsert proqramı ilə çıxış edib. 
Hər zaman yanında olan və konsertlərində ön sırada əyləşən A. Kural bu dəfə ənənəsini pozub.  
O, 8 aylıq sevgilisinin özəl gecəsində iştirak etməyib. Kuralın bu addımından sonra cütlüyün ayrılması barədə yayılan şayiələr daha da güclənib.
İddia olunur ki, Sıla gecə klubunda iki xanımla əylənən sevgilisini bağışlamayıb. 
Bundan əlavə, Sıla konsertdən sonra media nümayəndələri ilə görüşüb. Pop ulduz qalmaqallı mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib.

Paylaş: