Serdar Ortaç xoşbəxt evliliyin sirrini açıqladı
Tarix: 7-11-2017, 16:55


Məşhur türkiyəli müğənni Serdar Ortaç radio proqramlarından birində qonaq olub.
Sənətçi proqramda irlandiyalı model Xloya Lounqhanla evliliyi haqda danışıb.
O, xoşbəxt evlilik üçün Orhan Gencebayın nəsihətinə qulaq asdığını etiraf edib:
“Orhan Gencebay evlənməmişdən 5-6 il öncə bunları demişdi. “Əgər evliliyini xoşbəxt bir yuvada davam etmək istəyirsənsə, bunlara diqqət etməlisən: Həm sənin, həm həyat yoldaşının şəxsi həyatları olacaq, qarışmayacaqsan. İkincisi, üç dənə sözü əzbərlə -“Haqlısan”, “ola bilər,”bəli, sevgilim”. Bu üç kəlməni əzbərləsən, xoşbəxt olarsız”.
Prime-Time

Paylaş: