Azərbaycandan Tarkana 1.5 milyon dollarlıq Yeni il təklifi
Tarix: 7-11-2017, 15:56


Son albomu “10” ilə yaya damğasını vuran məşhur türkiyəli müğənni Tarkan Yeni ildə sərvətinə sərvət qatacaq.

Meqastara Azərbaycandan maraqlı təklif gəlib. Belə ki, Tarkanın Yeni ildə Bakıda çıxış etməsi üçün ona 1.5 milyon dollar təklif edilib.
Tarkanın təklifi qəbul edib-etmədiyi isə hələ ki, məlum deyil.
Qeyd edək ki, meqastar iyun ayında Bakı Formula 1 Üzrə Qran-pri yarışlarında çıxış edərək 1.9 milyon TL qazanmışdı.
Prime-Time

Paylaş: