"Münsiflər bizimkilərin ifasını görəndə guya şoka düşürlər"
Tarix: 7-11-2017, 08:34


Türkiyədə yaşayan müğənni Ayan Babakişiyeva sərt açıqlamalar verib. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı bunları deyib: "Qonaq olduğum verilişlərin birində "Yerli müğənnilərin Türkiyədə fəaliyyət göstərməklərinə necə baxırsınız?" sualını verdilər. Mən də cavabında dedim ki, mən də qardaş ölkədə yaşayıram. Amma mən türk mətbuatına maraqlı olmaram. Çünki neçə ildir Türkiyədə yaşayıb, fəaliyyət göstərən Günel Zeynalova var. Səsi, sənəti və gözəlliyi ilə hər kəsi batırar. Amma orda bizi qəbul edə bilmirlər. "O Səs Türkiyə"yə 1000 nəfərdən artıq azərbaycanlı müğənni qatılır. Həmin ifaçılar sözügedən yarışmada əyləşən münsiflərin səsindən qat-qat güclüdür. Münsiflər bizimkilərin ifasını görəndə guya şoka düşürlər. Sonra yarışa qatılan iştirakçıları layihədən elə yoxa çıxardırlar ki, heç izi-tozu da görünmür".

Paylaş: