Klip çəkilişində qəza. Yıldız Tilbenin saçları yandı
Tarix: 6-11-2017, 17:23


Türkiyənin məşhur müğənniləri Serdar Ortaç ilə Yıldız Tilbe birlikdə səsləndirdikləri “Havalı Yarim” mahnısına klip çədirmək üçün kamera qarşısına keçiblər.
Ancaq çəkilişlər davam edərkən baş verən qəzanın hər kəsin ürəyini ağzına gətirdiyi ortaya çıxıb.
Belə ki, Y.Tilbe hərarətli bir şəkildə mahnısını söyləyərkən masada olan şamdanı gözdən qaçırıb.
Saçları anidən alovlanan məşhur müğənninin köməyinə çəkiliş heyəti çatıb.
Böyük qorxu yaşayan Tilbenin saçlarından bir hissəsinin yandığı öyrənilib.
Qəzadan sonra çəkilişlərə bir müddət ara verilib.
Prime-Time

Paylaş: