Demet Akalın 1 milyonunu unutdu
Tarix: 6-11-2017, 11:10


Məşhur türkiyəli müğənni Demet Akalın Beykoz-Acarkentdə illərdir yaşadığı villasını ötən il satmışdı.
 
Sənətçi eyni ərazidə18 milyon TL-yə aldığı super lüks malikanəsinə köçmüşdü.
Akalının köhnə evində təmir işləri aparan fəhlələr yataq otağındakı şkafın içində çanta tapıb.
Fəhlələrdən biri çantanı zibilliyə atarkən dolu olduğunun fərqinə varıb. Çantanın içərisinə baxanda pul ilə dolu olduğunu görüb.
O, müğənniyə zəng edərək “Evdə pulunuzu unutmusunuz, gəlin götürün” deyə bildirib.
Konsert üçün şəhərdən kənarda olan D.Akalın pulu köhnə evindən götürməyi vəkilinə tapşırıb. Çantadan 1 milyon TL çıxıb.
Pulu təslim edən işçilər “İnsanlıq vəzifəmizi yerinə yetirdik. Demet xanımdan kiçik də olsa bir jest gözlədik, amma olmadı” deyiblər.
Prime-Time

Paylaş: