500 ailəyə qurban əti paylayan Kamil Zeynallını özündən çıxardılar - "Biqeyrət, leş yığını"
Tarix: 6-11-2017, 10:00


Adı qalmaqallardan yan keçməyən idmançı Kamil Zeynallı təqdirə layiq addım atıb.
GoldNews.az xəbər verir ki, idmançı 500- ə yaxın ailəyə qurban əti paylayıb. Bu baraədə kamil Zeynallı İnstagram hesabında məlumat verib. Elə bu da izləyicilər tərəfindən tənqid edilib. Bəziləri onu etdiyi yaxşılığı nümayiş etdirməkdə günahlandırıb. Kamil Zeynallı onu tənqid edənlərə sərt şəkildə cavab verib.
"Bu gün qurban kəsdik. 500 yaxın ailəyə qurban əti payladıq. İnşallah bir də kəsəcəyik. Deyirəm necə səviyyəsiz adamlar ver.  Deyirlər ki, "Kəsmisən niyə göstərirsən?". Ay heyvanlar bəs mən 150-200 ailəni hardan tapım. Gedim 200 qapı döyüm? Ay biqeyrət, leş yığını".





 

Paylaş: