Nazənin yenidən nənə oldu
Tarix: 4-11-2017, 15:20


Məhşur müğənni Nazənin "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub. 

BiG.AZ xəbər verir ki, maraqlı məqamlara toxunan məhşur müğənni Nazənin evdarlığı olmayan qadınları şiddətlə qınayıb: "Mən çox gözəl yeməklər bişirə bilirəm. Hər zaman ailəm də, qonaqlarım da mənim evdarlığımdan razı qalıblar. Mən heç zaman başa düşməmişəm qadınlar necə ev işlərini bacarmaya, xörək bişirməyə bilərlər?". 

Həmçinin müğənni Nazənin yenicə dünyaya gələn qız nəvəsindən də danışıb: "Yenicə
nəvəm də dünyaya gəlib. Adını da Nazənin qoyublar".

Paylaş: