"İşçilərim yorulanda kömək edirəm"
Tarix: 4-11-2017, 10:42


Müğənni iştirak etdiyi proqramda Türkiyədəki evi, biznesi haqqında məlumat verib.
UlduzumSan.Az xəbər verir ki, Elgizin proqramında qonaq qismində iştirak edən Ayan Babakişiyeva Türkiyədəki həyatı haqqında izləyicilərə danışıb. Müğənni bir müddətdir Türkiyədə yaşadığını, orada xoşbəxt olduğunu, böyük evdə qalmasına rəğmən, sadə həyat tərzi keçirdiyini söyləyib. Babakişiyeva Türkiyədə "Beynəlxalq investisiya məsləhəti" şirkəti qurduğunu bildirib.
Qeyd edək ki, onun yaratdığı şirkət artıq bir ildir ki, fəaliyyət göstərir. Ayan bu şirkəti qardaşı ilə birlikdə qurub. 



Paylaş: