Renka məşhur rus rəqqasə ilə birlikdə
Tarix: 4-11-2017, 09:24



Hazırda  Rusiyada səfərdə olan rəqqasə  Renka məşhur rus rəqqasəsi Oksana Bazaeva ilə bir araya gəlib.
 
Rusiyanın Sankt - Peterburqda keçirilən XVI beynəlxalq oriyental rəqsləri festival-müsabiqəsində  iştirak edən Renkanın  UlduzumSan.Az saytına verdiyi məlimata görə, onun ən böyük arzusu məşhur rəqqasə Oksana Bazaeva ilə görüşməsi reallaşdı. Renka rəqqasə ilə bağlı təəssüratlarını bildirib:
"Oksana Bazaeva çox gözəl rəqqasə, çox gözəl qadın. Sadəcə demək istəyirəm ki, əziz dostlar, arzunuzun dalınca gedin. Coxdandır onu görmək arzusunda idim. Gördüm. Bəli, sevinirəm, həm də çox istəyirəm ki, hər kəs ürəyində olan öz arzusuna çatsın. Amin! Bu rəqqasə  haqqında bir onu demək istəyirəm ki, böyük insandır. Necə gözləri saf görünür, baxışları təmizdir, eləcə də ürəyi saf və çox genişdir. Mən bu rəqqasəni  dəhşət çox istəyirəm. Allah ona ömür versin”.





Paylaş: