"Muğam və Mənəviyyat" adlı konsert keçirilib
Tarix: 3-11-2017, 15:36


Heydər Əliyev Sarayında"Muğam və Mənəviyyat" adlı konsert keçirilib.
Trend-in məlumatına görə, "Rast dəstgahı" muğamının səsləndirildiyi gecədə xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Gülyanaq Məmmədova və Əməkdar artist Ehtiram Hüseynov iştirak ediblər.
Fəraməz Gərmrudinin təqdimatında keçirilən gecədə xanəndələri "Könül" ansamblı müşayiət edib.

Paylaş: