Tahir Əkbərin vəziyyəti haqda son xəbər
Tarix: 3-11-2017, 12:55


Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti ağırdır.
Bu barədə Kult.az-a bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər məlumat verib:
“Vəziyyəti yaxşı deyil, həkimlər də bir söz demir. Ona görə narahatıq. Ümidimizi üzməmişik”.
Qeyd edək ki, tanınmış bəstəkar T.Əkbər insult keçirib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasında həkim nəzarətindədir. Onun nitqini itirdiyi, bəzi hallarda ailə üzvlərini belə tanımadığı barədə ailəsi məlumat yaymışdı.

Paylaş: