Məşhur müğənni ilin qadını oldu
Tarix: 2-11-2017, 16:56


Selena Qomes ilin qadını seçilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Billboard” musiqi nəşrinin versiyasına görə Selena Qomes "İlin Qadını" adını qazanıb. Onlar seçimi onunla izah edib ki, Selena yalnız musiqi çartlarının zirvəsində olmaqla kifayətlənmir, həm də gənc qadınlara daim ilham verir. O, səsinin eşidilməsi üçün öz məşhurluğundan istifadə etməkdən də qorxmur.
Qomes “Billboard Women in Music” mükafatını noyabrın 30-da Los-Ancelesdə keçirilən mərasimdə alacaq.
Xatırladaq ki, keçən il "İlin Qadını" mükafatını müğənni Madonna alıb. 2015-də Ledi Qaqa, 2014-də isə Teylor Svift sözügedən mükafata layiq görülüb.
Selena Qomes karyerada müvəffəqiyyətlə və sürətlə irəliləyir, amma son günlərdə onun şəxsi həyatı çox sual doğurur. Məsələ ondadır ki, müğənni “The Weeknd” ləqəbli həmkarından ayrılaraq keçmiş sevgilisi Castin Biberlə yenidən barışıb.

Paylaş: