Mikayıl Güləddinoğlu Fədayəyə görə polisə çağırıldı
Tarix: 2-11-2017, 15:52


Müğənni Fədayə Laçının davam edən istintaq işi ilə əlaqədar olaraq bir çox sənət adamının, xüsusilə də onunla sıx dostluq münasibəti, əlaqəsi olanların ifadəsinin alındığı iddia edilir.
Məlumatlara görə, Space tv-nin məşhur aparıcısı Mikayıl Güllədinoğlu da polisə çağırılıb.
Məlumatı dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxlanılıb.
M.Güləddinoğlu xəbəri təkzib edib. Bütün sənət aləmi ilə sıx dostluq əlaqəsinin olduğunu bildirən Mikayıl Fədayə Laçını da sıradan bir sənətçi kimi tanıdığını söyləyib. O, həmçinin Fədayə Laçınla adı hallanan avtoritet “Qoca” ilə də dostuq əlaqəsinin olmadığını deyib:
“Mənim o insanla heç bir əlaqəm, tanışlığım olmayıb. Bu sözlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir”.
Prime-Time

Paylaş: