Məşhur sənətçinin başına iş gəldi
Tarix: 2-11-2017, 10:47



Bu gün səhər saatlarında Salyan şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Ə.Hüseynov küçəsi ilə hərəkətdə olan Cəbrayıl rayon sakini Atakişiyev Atakişi Qurban oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Ələt-Astara avtomobil yolunun tikintisi üçün rayona ezam olunmuş “EVRASCON” şirkətinin “MİTSUBİSHİ-Pikap” markalı avtomaşını ilə toqquşub. Qəza nəticəsində “MİTSUBİSHİ” idarəetməni itirərək yolun kənarında məşhur sənətçi, “Mahirlər” ansamblının rəhbəri Həsənağa Sadıqova məxsus evə çırpılsa da xəsarət alan olmayıb.
Lakin “VAZ-2106” markalı avtomaşının sürücüsü, 41 yaşlı Atakişi Atakişiyev və sərnişini-Kürdəmir rayon sakini, 31 yaşlı Abdullayev Xəyal Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan hər iki şəxsin Salyan şəhərində kanalizasiya sisteminin yenidən qurulmasının icraçısı olan şirkətin fəhlələri olduğu deyilir.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə “VAZ-2106” markalı avtomaşının “dayanıb keçmə” işarəsinə əməl etməməsi səbəbindən baş verib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.










Paylaş: