Azərbaycanlı bəstəkar "Qarabağ" üçün mahnı yazdı
Tarix: 2-11-2017, 08:51


Türkiyədə fəaliyyət göstərən azəzrbaycanlı bəstəkar Ruhin İsmayıl "Qarabağ" futbol klubuna mahnı həsr edib.
"Zəfər Marşı" adlanan mahnın sözləri İlqar İbrahimliyə, bəstəsi və aranjimanı isə Ruhin İsmayılıya məxsusdur.  Ruhin "Qarabağ"a dəstək məqsədilə mahnını yazıb.
Ruhin İsmayıl UlduzumSan.Az-a açıqlamasında mahnının yaranmasından danışıb:
"Qarabağ bizə əziz olduğu kimi Qarabağın adını daşıyan futbol komandası da bizə çox əzizdir, doğmadır. Necə ki, qəlbimiz daima Qarabağla döyünür, eləcə də "Qarabağ" arenaya çıxanda oyunun nəticəsindən asılı olmayaraq qəlbimiz onunçün atır. "Qarabağ" üçün həyəcan keçiririk, sevinirik, duyğulanırıq. İndi Qarabağa əlimiz çatmasa da sanki "Qarabağ"ın qələbəsi ilə azacıq da olsa toxtaqlıq tapırıq. Çünki komanda daşıdığı adın məsuliyyətini hiss edir və o ada uyğun oyun sərgiləməyə çalışır. Biz də komandanın bu uğurlarını bayram edirik. Xüsusilə də beynəlxalq arenada Qarabağ adının təmsil olunması böyük uğurdur. Dünyaya Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz parçası olduğunu göstərməkdir. Bizə bu sevinci, fəxarət hissini yaşatdığı üçün mən də bir musiqiçi kimi "Qarabağ" futbol klubuna öz adımdan təşəkkür etmək istədim. Məhz bu məqsədlə də "Zəfər Marşı" mahnısı yarandı. Düşünürəm ki, bu mahnı bir marş xarakterli olacaq. Həm Qarabağ bizimdir, həm də "Qarabağ" komandası, "Qarabağın" arenalarda qalibiyyət yazdığı kimi tezliklə Qarabağda da qalibiyyət yazacağımıza inanıram, bunu gözləyirəm". 
 
 
 

Paylaş: