“Dubayın 3-cü Şeyxi məni istəyirdi…”
Tarix: 1-11-2017, 15:33


Əməkdar artist Firuzə İbadova özü haqda maraqlı məlumat açıqlayıb.

ARB telekanalının “Səhər səhər” verilişinə qonaq olan ifaçı 2004-cü ildə  Dubayın 3-cü şeyxinin ona elçi düşməsindən danışıb:
“Şeyx dedi ki, bunu burada qoyun gedin. Mən bunu alıram. Məndən soruşdu ki, ərin var? Dedim ki, rəhmətə gedib, torpağın altındadır”.
Daha sonra məsələ ilə bağlı ifaçının duet ortağı Cavanşir Məmmədov da fikir bildirib:
“Firuzə xanımı çox istəyən olub. Toylardan birində oturmuşduq. Biri mənə yaxınlaşıb dedi ki, Firuzə xanımla vals oynaya bilərəm? Mən onu cavan yaşlarımdan sevmişəm. Dedim ki, özünə de, razılığını al, oyna.
Ona həmçinin dedim ki, vaxtında alardın, özü də ev adamına oxşayır. Yoxsa indi yaşının bu vaxtında gəlmisən.
Əli Mirəliyev də sevib. Bu təzə mövzudur bəyəm? Firuzə xanımı bütün Azərbaycan sevib.”

Paylaş: