Türkiyəliyə ərə gedən aparıcımız ana olacaq
Tarix: 1-11-2017, 11:22

lady gaga

Ailə qurduqdan sonra Türkiyəyə köçən azərbaycanlı aparıcı Gülnarə Məmmədovadan xəbər var. 
PrimeTime.Az-ın əldə etdiyi məlumata görə, ana olmaq istəyi ilə yaşayan aparıcının arzusu yerinə yetib. G.Məmmədova hamilədir.
Qeyd edək ki, G.Məmmədova 2015-ci ildə Özgün adlı türkiyəli iş adamı ilə ailə qurub.
O, müsahibələrindən birində övlad sahibi olmaq istədiklərini, lakin bu mövzuda bir az problemlər yaşadığını, depressiyaya düşdüyünü bildirmişdi.
O, ANS telekanalında “Kamerton”, “Xonça” kimi proqramlara aparıcılıq edib.




S

Paylaş: