"Uşaq hamımıza sürpriz etdi"
Tarix: 1-11-2017, 09:57


Özcan Dənizin hamilə olan sevgilisinin uşağınının cinsiyyəti məlum olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyorun qızı olacağı iddia edilirdi. Lakin Özcan Dəniz yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
O, "Uşaq hamımıza sürpriz etdi. Qızım deyil, oğlum olacaq" , - deyə bildirib.
Məlumat üçün bildirək ki, cütlük dekabrda Parisdə evlənəcək. Bundan başqa Feyza Aktanın hamilə olduğunu öyrənən Özcan Dəniz özündən 20 yaş kiçik sevgilisinə 250 min TL (125 min manat) dəyərində tək daş üzük hədiyyə edərək evlilik təklif edib.

Paylaş: