Şəbnəm Tovuzludan yenilik AÇIQLAMA
Tarix: 16-06-2017, 11:30



Müğənni Şəbnəm Tovuzlu repertuarını təzələyib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Mərhum sənətkarımız Şəfiqə Axundovanın repertuarına müraciət etdim. Sənətkarın "Bu ayrılıq nədən oldu" mahnısını yeni aranjemanda, özüməməxsus şəkildə ifa etdim. Sözügedən bəstəni sevərək oxudum. Mahnı artıq hazırdır. Allah Şəfiqə Axundovaya rəhmət eləsin".
Qeyd edək ki, "Bu ayrılıq nədən oldu" mahnısının aranjemanı Fərid Kərimliyə aiddir.




Paylaş: