Rafiq Hüseynovun nəşi sabah Azərbaycana gətiriləcək
Tarix: 31-10-2017, 15:45


Sabah xalq artisti Rafiq Hüseynovun nəşi Azərbaycana gətiriləcək.

Bu barədə məşhur teleaparıcının xanımı Səbinə Hüseynova məlumat verib.
O bildirib ki, diktorun cənazəsi Almaniya vaxtı ilə 17:00-da Bakıya göndəriləcək:
“Rafiq Hüsyenovun nəşi Azərbaycana isə təxminən səhər saatlarında çatacaq. Dəqiq məlumatı sabah verə bilərik. İndi şərti olaraq deyə bilərəm ki, vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq”.
//qafqazinfo

Paylaş: