Samir Piriyevdən Kamran Həsənlinin ünvanına sərt sözlər
Tarix: 31-10-2017, 11:51


Müğənni Samir Piriyev aparıcı Kamran Həsənlini yalan danışmaqda günahlandırıb. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı aparıcınn ünvanına bunları deyib: “Kamran, bilmirəm, söhbət hansı türkdən gedir. Amma onu deyə bilərəm ki, heç kəs bu gün bir manat pulunu tanımadığı adama verməz. Bəs mən 115 min dolları tanımadığıma verərdim? Ərhanı Türkiyədə həbs eləyəndə deyib ki, pulu Kamrana verib, ondan istəsin. Kamrana iki dəfə dedim ki, səndən şikayət edəcəyəm. Bir dəfə 15 min dollar gətirdi, bir dəfə isə 20 min dollar əvəzinə sürdüyü maşını verdi. Borcu yox idisə, niyə verirdi? Deyir, mən də şərik idim. Bircə sənəd göstərsin ki, o da Ərhanla şərik idi? Ümumiyyətlə, danışdığı Ərhan kimdir? Həmin şirkətdə hansı vəzifəni daşıyır? Kamrana Bakıda pulu verdim. Bir həftə sonra dedi ki, şirkət iflas oldu. Belə təsadüf olar? Kamranın arxası güclüdür, bilirəm, mən isə Allahıma inanıram”.
Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş: