Maykl Cekson bu siyahıya liderlik edir
Tarix: 31-10-2017, 10:53


Bəzi məşhurların mədəni irsi ölümündən sonra da gəlir gətirir.
"Ölkə.Az" xəbər verir ki, pop kralı Maykl Cekson bu siyahıya liderlik edir.
8 il bundan əvvəl dünyasını dəyişən Maykl 5-ci ildir ki, siyahıda birinciliyini qoruyur. "Forbes" jurnalının məlumatına əsasən, son 12 ay ərzində Ceksonun varisləri 75 milyon dollar gəlir əldə ediblər.





Siyahıda ikinci yeri peşəkar qolf ustası Arnold Palmer tutur. Onun ölümündən bir il sonra doğmaları 40 milyon dollar gəlir qazanıblar.





"Forbes" siyahının üçüncü pilləsini 17 il əvvəl dünyasını dəyişən karikatura ustası Çarlz Şultsa layiq görüb. Rəssam tərəfindən yaradılan personajların istifadəsi 12 ay ərzində 38 milyon dollar gəlir gətirib.





1977-ci ildə dünyasını dəyişən Elvis Presli siyahıda dördüncüdür. O, 35 milyon dollar qazanıb.



Hikmət Həsənov
Ölkə.Az

Paylaş: