Səməd Səmədov xanımı ilə Moskvada
Tarix: 31-10-2017, 10:04


Xalq artisti Səməd Səmədov xanımı ilə birgə Moskvaya istirahətə yollanıb.
UlduzumSan.Az bildirir ki, bu haqda xalq artistinin prodüseri Rövşən Cəfərov bildirib.
O qeyd edib ki, S.Səmədov yaxın müddətdə yeni layihəsini təqdim edəcək: “Səməd bəyin yeni mövsümdə həyata keçirəcəyi bir neçə layihə var. Onlar arasında yeni mahnılar, kliplər və fotosessiyalar durur. Elə Moskvaya da həm ziyarət, həm ticarət devizi ilə yola düşüb. Xanımı ilə bir neçə gün orada dincələcək. Və bundan əlavə yaradıcılığı ilə bağlı bir neçə görüşlər keçirəcək. Bu işlərin nədən ibarət olduğunu isə yaxın müddətdə biləcəksiz. Az qaldı”.

Paylaş: