Azərbaycanlı aktrisanın 16 yaş böyük rejissorla evlənməsinə anasından REAKSİYA — "Razı deyildim"
Tarix: 16-06-2017, 10:45


Gənc Tamaşaçılar Teatrının aktrisası Yasəmən Malikin qızı, gənc aktrisa Cahan Azər ailə qurub.


"Ölkə.Az"-ın məlumatına görə, gənc aktrisa Türkiyənin tanınmış rejissorlarından olan Savaş Çıkrakla rəsmi nikaha girib. Y.Malikin sosial şəbəkədə paylaşdığı fotoya "xoşbəxt olun canlar, xoşbəxt illər arzu edirəm" şərhini yazıb.
Aktrisa əməkdaşımızla söhbətində qızının seçiminə müsbət yanaşdığını diqqətə çatdırıb:
"Cahanla Savaş bəy arasında 16 yaş fərq var. Qızımın 27, həyat yoldaşının yaşı 43-dür. Təbii ki, yaş fərqinə görə əvvəlcə razı olmadım. Amma sonradan qızımın ona olan istəyini görüb razılaşdım. Tanış olandan sonra razılıq verməyə bilmədim. O, özəl insandır".
Qeyd edək ki, C.Azər bir neçə ildir Türkiyədə təhsil alır, eyni zamanda işləyirdi.  


Paylaş: