“Ölümü gözləmək faciədir” - Rafiq Hüseynovun son görüntüləri
Tarix: 30-10-2017, 16:39


Xəbər verdiyimiz kimi, xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib. Bu barədə diktorun xanımı Səbinə Hüseynova məlumat yayıb.  Xərçəngdən əziyyət çəkən Hüseynovun nəşi bir neçə gün sonra Bakıya gətiriləcək. 
“Qafqazinfo” xəbər verir ki, Hacı Nuran Hüseynov teleaparıcının ölümündən 1 il əvvəl çəkilən son görüntülərini instaqram səhifəsində paylaşıb. 
Xalq artisti müsahibəsində deyib ki, ölümü gözləmək onun üçün faciədir:
“Ölümdən qorxmuram. Ölümü gözləmək faciədir. Allahdan xahişim odur ki, bir az ömür versin, qızımın bütün problemlərini həll edim, sonra bu dünya ilə vidalaşım”. 


VİDEO BURADA​​​

Paylaş: