Azərbaycanda kişi müğənnini həyat yoldaşı döydü
Tarix: 30-10-2017, 15:48


Tanınmış reper Elşad Xosenin eks həyat yoldaşı rəqqasə Oksana Rəsulovanı döyməsi xəbəri tutdu.
Metbuat. az xəbər verir ki, 5 il öncə evlənib boşanan Elşad və Oksana cütlüyü bu dəfə polis bölməsinə qədər gedib çıxdılar.
Xəbər yayıldı ki, rəqqasə polisə ərizə verib və, eks həyat yoldaşının onu döydüyünü, üzərinə bıçaq çıxardığını bildirib. Buna səbəb isə Oksananın reperi "Maşın" şouda dəstəkləməsi olub.
Maraqlıdır, bəs başqa hansı azərbaycanlı məşhurlar ailədaxili zorakılığa məruz qalıblar?





Metbuat.az xəbər verir ki, əri tərəfindən döyülən müğənnilərdən biri də Damla olub. O, "Xəzər Tv"-nin "5/5" proqramında bu barədə danışmışdı. Daha sonra isə xəbəri təkzib etmişdi. Və açıqlama verərərk bildirmişdi ki, onun keçmiş həyat yoldaşı bir dəfə də olsun əl qaldırmayıb.





Əməkdar artist Cavanşir Məmmədov canlı yayımda həyat yoldaşını bir dəfə döydüyünü etiraf etmişdi: "Evləndiyimizdən bir həftə keçirdi. Müğənnilərin də gecə həyatı hər kəsə məlumdur. Yəni, toylara gedirik, evə gec qayıdırıq. Saat 4 idi, gördüm qapını açan xanımım narazılıq edir. Ona bir sillə vurdum və başa saldım ki, sənin əlin göydə olsun ki, təki mən hər gün belə gec gəlim. Evə qazanc gətirim. O da öz səhvini anladı".





Əməkdar artist Elnarə Abdullayeva da həyat yoldaşı tərəfindən döyüldiyünü söyləmişdi. Baxmayaraq ki, yoldaşı özündən 6 yaş kiçikdir, müğənni ona yenə də haqq qazandırmışdı.





Əməkdar artist Vasif Məhərrəmlinin də yoldaşını döyməsi haqqında mətbuatda xəbər yayılmışdı. Ancaq müğənni bunu inkar etmişdi.




“Cin” təxəllüsü ilə məşhur olan reper Ceyhun Zeynalovun xanımı onu milçəköldürənlə döyüb.
Belə ki, sevgililər günü reper sosial səhifəsində təbrik videosu yerləşdirərək, hamını təbrik edib. Sonra isə "öz sevgililərimi də təbrik edirəm" deyərkən, kənardan yoldaşının onu milçəköldürənlə döyməsi də videoya düşüb.

Paylaş: