Rihanna bir dəfəyə 8 tikə bifşteks yedi — Romantik şam yeməyi
Tarix: 30-10-2017, 14:55


Məşhur müğənni Rihanna Səudiyyə Ərəbistanından olan milyonçu iş adamı Həsən Cəmil ilə sevgilidir.
"Ölkə.Az" xəbər verir ki, cütlük Bostonda romantik şam yeməyi yeyib.
Şəhərin ən məşhur steyk evi sayılan "STRİP by Strega"da görüşən Rihanna və Həsən 1 şüşə qırmızı çaxır və steyk sifariş edib. Rihanna 8 tikə yağlı bifşteksi təkbaşına yeyib. Bu isə çox bahalı şam yeməyi sayılır.
Qeyd edək ki, bir neçə il əvvəl Benzema Rihanna ilə şam yeməyinə 30 min 900 dollar ödəmişdi.

Paylaş: