Azərbaycanda ilk absurd komediya filmi çəkildi
Tarix: 30-10-2017, 12:42


Azərbaycanda daha bir yeni film çəkilib.
UlduzumSan.Az bildirir ki, bu haqda ekran işində rol alan aktyor Elsevər Mehdizadə açıqlama verib: " "Dəmir Qazan" adlı yeni film çəkildi. Həmin ekran işində mənimlə yanaşı bir neçə tanınmış simalar rol alıb. Ekran işini rejissor Kənan M.M lentə alıb. Artıq filmin çəkilişləri yekunlaşıb. "Dəmir Qazan" dekabrın 1-dən kinoteatrlarda yayımlanacaq".
Filmin rejissoru Kənan M.M-də fikirlərini bildirib: "Azərbaycanda ilk absurd komediya filmi çəkdik. Yanımda olub mənim bütün əsəbi hallarıma dözüb, məni anlayıb, filmin hazır olması üçün dəstək olan hər kəsə təşəkkür edirəm. Gələcəkdə ilk absurd komediyanı biz çəkdik deməyə mən sizə icazə verirəm. Bu saat özümüzü partlamağa hazır olan bomba kimi hiss edirik. Bizi sevənlər bizə mənəvi güc, sevməyənlər isə yaratmaq üçün stimul verdi".

Paylaş: