Kino İranla Taciksitanın arasını vurdu: Səfir XİN-ə ÇAĞRILDI
Tarix: 26-09-2020, 12:26



Həftə ərzində Tacikistanın dövlət televiziyasında İran haqqında iki sənədli film yayımlanıb. Hər iki filmdə İranda insan hüquqlarının pozulduğu iddia edilib və bildirilib ki, bu ölkə nüvə silahı hazırlamağa çalışır. Bu filmlər İran tərəfinin ciddi etirazına səbəb olub.
"MediaPost" xəbər verir ki, bununla əlaqədar Tacikistanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq ona etiraz notası təqdim olunub.
XİN-ə çağırılan səfirin nəzərinə çatdırılıb ki, dövlət televiziyasında İrana qarşı anti-təbliğatın aparılması, bu istiqamətdə yalan və heç bir fakta əsaslanmayan iddiaların irəli sürülməsi yolverilməzdir. Səfirə təqdim olunan notada bildirilib ki, rəsmi Tehran Tacikistanla xoş münasibətlərin qorunub saxlanılmasına və əməkdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Lakin dövlət televiziyasında İran əleyhinə təbliğatın aparılması rəsmi Tehranı münasibətlərə yenidən baxmaq məcburiyyəti qarşısında qoyur. Əgər bu kimi hallara son qoyulmazsa, İran buna daha sərt cavab verəcək.
Tacikistanın səfiri etiraz notasını hökumətinə çatdıracağını və problemin tezliklə həll olunacağını bildirib.

Paylaş: