"Oksana və Fatiməni səhnəyə mən gətirmişəm"
Tarix: 26-09-2020, 12:07

Müğənni Rəhim Rəhimli "7 canlı" proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, rəqqasələr Fatimə Fətəliyeva və Oksana Rəsulova ilə bağlı açıqlama verib. O bildirib ki, hər iki rəqqasəni də səhnəyə özü gətirib:
"Fatiməni də mən çıxarmışam efirə. Oksana isə Azərbaycanı dünya arenasında təmsil edən yeganə sənətçidir. Onu da ilk dəfə səhnəyə mən gətirmişəm. Moskvadan gəlmişdi, efirimə dəvət etdim".
Paylaş:
