"Gözəl qızlar, unutmayın ki, oğlanların ilk gördüyü və sevdiyi qadının adı anadır"
Tarix: 26-09-2020, 10:56



Tanınmış şairə, aparcı Nazilə Səfərli sosial media hesabındakı paylaşımı iə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, Nazilə instaqram hesabında oğlu ilə fotosunu paylaşıb. Fotoya yazdığı şərh diqqətdən yayınmayıb.

Belə ki, izləyicilər Nazilənin yazdığı şərhi gələcək gəlininə ismarıc olduğunu iddia ediblər:

"Gözəl qızlar, unutmayın ki, oğlanların ilk gördüyü və sevdiyi qadının adı anadır.
Siz bütün hallarda ikncisiniz . Anasını sevməyən oğul aldığı qızın da dəyərini bilməz. Odur ki, oğulları analara qısqanmayın. Əsl oğul anasına dəyər verən qadını sevər və başına tac edər. Oğlumun baş tacı olan qızı öpüb gözüm üstə saxlayaram".

"Bütün hallarda ikincisiniz" - Nazilədən gələcək gəlininə İSMARIC

Paylaş: