Acun Ilıcalı 99 milyona təyyarə aldı
Tarix: 26-09-2020, 10:32



Məşhur televiziya mütəxəssisi və TV8-in rəhbəri Acun Ilıcalı 16 sərnişin tutumu olan yeni təyyarə alıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ilıcalının təyyarəsinin qiyməti isə 13 milyon dollar, yəni 99,5 milyon TL-dir.
O, sözügedən təyyarə ilə Dominikan Respublikası ilə Türkiyə arasında birbaşa reyslər həyata keçirə biləcək.
Qeyd edək ki, məşhur aparıcı öz kanalında yayımlanan "Survivor" proqramının çəkilişləri üçün tez-tez şəxsi təyyarəsi ilə Dominikan Respublikasına gedib-gəlir.

Paylaş: