"Çox ağır mövzu və işdir"
Tarix: 25-09-2020, 16:14



Rejissor-aktyor Ramin Hacıyevin çəkiliş zamanı halı pisləşib.
Ürəyində problem yaranan Ramin həkim müdaxiləsindən sonra evə buraxılıb.
Bunla bağlı açıqlama verən rejissor bildirib ki, çəkiliş prosesində yaşanan problemlər onu bu həddə gətirib:
"Yaxşı deyildim, təcili yardım çağırdım, sağ olsunlar, yarım saata gəldilər. Xəstəxanaya getdim, sonra evə buraxıldım. Çəkilişlər ağır gedir, vaxt çatmır, səhvlər olur... Bütün buna əsəbiləşirsən və ürəyə vurur.
Daun sindromlu uşaqlar haqqında serial çəkirəm. Çox ağır mövzu və işdir. Dünyada bu mövzuda serial yoxdur, ancaq film çəkilib. Serialın qəhrəmanı Əli adlı daun sindromlu uşaqdır. Elə başa düşülməsin ki, uşağa görə əsəbiləşirəm. Yox, digər proseslər əsəbləşdirir".(axşam.az)

Paylaş: